Son
dövrlər qlobal maliyyə böhranının dalğavari təsirindən özünə gələ bilməyən
dünya iqtisadiyyatı indi də neftin qiymətinin nəzərəçarpacaq dərəcədə oynaması
hesabına stersli dönəm yaşayır. Neftin qiymətindəki bu cür sürətli oynamalar
tamamilə neftdən asılı Azərbaycan iqtisadiyyatına hansı sürprizlər vəd edir?
Ümumiyyətlə neftin qiymətindəki böhran hədd müəyyənləşibmi ki, filan rəqəmdən
sonra Azərbaycan iqtisadiyyatında obrazlı desək, qırmızı işıq yana bilər?
İqtisadi və Siyasi İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili, iqtisadçı ekspert Əli Məsimli Modeator.az-ın bu suallarını cavablandırır:
Neftin qiymətindəki bu cür sürətli
oynamalar neftdən asılı Azərbaycan iqtisadiyyatına hansı sürprizlər vəd edir?
Son illər Azərbaycan
iqtisadiyyatında neft amilinin payı azalmağa başlasa da, hələ ölkənin
ÜDM-nin 42 faizə, büdcəsini 60
faizə, xarici ticarətdə eksportun
90 faizə qədəri neft amili ilə bağlıdır. Rəsmi hökumət proqnozlarına görə
neft sektorunun ÜDM-dəki payı 2014-cü ildə 39, 2015-ci ildə 32, 2016-cı ildə
29, 2017-i ildə isə 28 faizə enəcək... Deməli,xarici ticarət sahəsi və büdcə istisna olmaqla, orta perspektivdə neftin
qiyməti Azərbaycan iqtisadiyyatının ümüumi durumuna əvvəliki illərdə olduğu qədər təsir etməyəcək.Bununla
belə Azərbaycan iqtisadiyyatında qeyri
neft sektorunun payı artmağa başlasa da,
hələlik neftin dünya bazarında qiyməti Azərbaycan üçün ciddi önəm daşımaqda
davam edir.2014-cü ilin büdcəsi neftin bir barrelinin dünya bazarında qiymətinin
100 dollar olacağı proqnozu əsasında tərtib edilib.Bu proqnozda qismən risk
payı olsa da, fikrimizcə Azərbaycan
iqtisadiyyatı və dövlət büdcəsi üçün
ciddi təhlükə mənbəyi də deyil....Çünki gələn il, bir tərəfdən, Azərbaycanda
neft hasilatında kəskin enmələrsiz nisbi sabitlik olacağı, həmin sahənin
ÜDM-nin isə cəmi 1,5 faiz azalacağı gözlənilir, digər tərəfdən isə dünya
bazarında neftin qiymətində ziq-zaqların və “oynamalaırın” olacağı real olsa da, onun qiymətinin kəskin surətdə
aşağı düşmə ehtimalı azdır. 2014-cü ildə neftin qiyməti pessimist ssenari üzrə 90 dolların ətrafında,
orta ssenari üzrə- 100 dolların ətrafında, optimist ssenari üzrə isə 100
dollardan yuxarı ola bilər.Bunu nəzərə alaraq Rusiya 2014-cü iln büdcəsində
neftin qiymətini 93 dollar, Qazaxıstan isə 90 dollar götürüb. 2014-cü ilin büdcəsini
tərtib edərkən Rusiyanın, Qazaxıstanın, yoxsa, Azərbaycanın proqnozlarının həqiqətə
daha yaxın olacağını yalnız həyat göstərəcək.Bununla belə 2014-cü ildə Azərbaycan
iqtisadiyyatını, eləcə də büdcəsini
neftin qiyməti ilə bağlı elə br
ciddi problem gözləmir.Çünki 2014-cü ildə dünya bazarında neftin bir barrelinin
qiymətinin 100 dollar ətrafında olması ehtimalı başqa ssenarilərlə müqayisədə
daha böyükdür.
-Ümumiyyətlə neftin qiymətindəki böhran hədd müəyyənləşibmi
ki, filan rəqəmdən sonra Azərbaycan iqtisadiyyatında qırmızı işıq yana bilər?
-Bu sualı müxtəlif yanaşma üsullarındanistifadə edib və fərqli metodikalar tətbiq edib, müxtəlif rəqəmlərə
gəlməklə cavablandırmaq olar.Amma bu zaman “hərənin öz həqiqəti olacaq” və ona görə də bütün variantlar yetərincə
mübahisəli xarakter daşıya bilər.Ona görə də sualınızı 2008-ci ilin qlobal
maliyyə-iqtisadi böhranınn Azərbaycan iqtisadiyyatına təsiri kontekstindən
yanaşmaqla, real iqtisadi həyatımızda baş verən proseslərə əsaslanaraq
cavablandırmağa üstünlük verirəm.Belə ki, Azərbaycan iqtisadiyyatı 2005-ci ildə
26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25% templə daha sürətli artım, mərhələsinə
keçdiyi bir zamanda 2008-ci ildə qlobal maliyyə-iqtisadi böhranın təsirinə məruz
qaldı. Beynəlxalq əmtəə bazarında tələbatın aşağı düşməsi nəticəsində xammal və
materialların, o cümlədən neftin qiyməti 2008-ci ilin ortalarındakı 147
dollardan, ilin sonunda, 40 dollara enməklə 4 dəfəyə yaxın aşağı düşdü. Böhran
postsovet məkanına aid ölkələrin bir çoxunda xarici borc problemini kəskinləşdirdi
və cidd fəsadlar yarada bildi. Böhranın təsiri ilə neft hasil edən ölkənin -
Rusiya və Qazaxıstanın strateji valyuta ehtiyatları sürətlə “əriməyə” başladı.
2008-ci ilin avqustundan 2009-cu il yanvarın əvvəllərinə qədər Rusiyanın beynəlxalq
valyuta ehtiyatları 171,5 milyard dollar və ya 1,4 dəfə azalaraq 597,5 milyard
dollardan 426 milyard dollara enmişdi ki, bu da ölkənin 500 milyard dollara
yaxınlaşan məcmu xarici borcundan 16% aşağı idi. Qazaxıstanın xarici borcları
ölkənin ÜDM-nə yaxınlaşdı. Azərbaycanda isə 2008-ci il ərzində Dövlət Neft
Fondunun valyuta ehtiyatları 4,3 dəfə ,Mərkəzi Bankın strateji resursları isə
53% artdı.Nəticədə Azərbaycanda böhranın kulminasiya mərhələsində məcmu xarici
borcdan 2 dəfə çox ”“ 18 mlrd. dollarlıq valyuta ehtiyatı yaradıldı ki, bu da
dünya maliyyə böhranının təsirini azaltmaqdan ötrü etibarlı “təhlükəsizlik
yastığı” rolunu oynaya bildi. Azərbaycanın xarici borcları ÜDM-in 7%-i səviyyəsində
qaldı. Bu postsovet məkanında ən aşağı göstəricilərdən biri idi.
Dünya maliyyə
böhranının nəticələrinin milli iqtisadiyyatlara ən ciddi təsiri özünü
investisiya və kredit qoyuluşlarının kəskin surətdə aşağı düşməsində göstərdi.
2008-ci ildə dünyada birbaşa sərmayə qoyuluşu 21% aşağı düşdü. Azərbaycanda
bütün maliyyə mənbələri hesabına sərmayə qoyuluşu 34% artaraq 9 mlrd. manatı
ötdü. Həmin vəsaitin 6,3 mlrd. manatı və ya 69%-i qeyri-neft sektoruna yönəldildi
ki, bu da həmin sahənin artım templərinin ÜDM-in artım tempini 1,5 dəfə üstələməsində
mühüm rol oynadı. Azərbaycanın sosial-iqtisadi göstəricilərinin postsovet məkanına aid digər ölkələrin
müvafiq göstəriciləri ilə müqayisəli təhlili
göstərir ki,2008-ci ildə neftn qiymətinin 147 dollardan 40 dollara endiyi bir şəraitdə
dünya maliyyə-iqtisadi böhranı zamanı Azərbaycanda iqtisadi artım templəri,
büdcə gəlir və xərcləri nisbətən aşağı düşsə də, postsovet məkanına aid olan əksər
ölkələrlə, xüsusən də enerjidaşıyıcılı ölkələr olan Rusiya və Qazaxıstanla müqayisədə Azərbaycan daha az itgilərə məruz
qalmışdi. Böhranın kulminasiya mərhələsi hesab olunan 2009-cu ildə ÜDM
postsovet məkanı ölkələrində 8-9%, MDB ölkələrində 7%, o cümlədən Rusiyada 7%
aşağı düşdüyü halda, Azərbaycanda 9 % artım oldu.Buradan belə bir qənaətə gəlmək
olar ki, dünya bazarında neftin qiyməti bir barrel üçün 40 dollara qədər aşağı
düşəndə, Azərbaycan iqtisadiyyatında artım templəri nəzərəçarpan dərəcədə
yavaşısa da, müəyyən maliyyə itgilərinə məruz qalsa da, postsovet məkanınn digər
enerji daşıyıcılı ölkələrlə müqayisədə vəiyyətdən daha az itgi ilə çıxa bilir.
-Bəs orta perspektiv üçün proqnozlar necə olacaq?
Neft sadəcə iqtisadiyyat yox, həm də siyasət, onadan da
daha çox geosiyasət olduğundan, onun qiymətinə iqtisadi amillərdən daha çox
siyasi, geosiyasi və həm də spekulyativ amillər təsir etdiyindən, neftin qiymətini
dəqiq proqnozaşdırmaq mümkünsüz bir işdir.Qeyd etdiyimiz kimi, neftin
qiyməti kəskin surətdə,yəni 40 dollara düşmə şəraitində iqtisadiyyatımızda
problem yarada bilsə də, 2014-cü ildə və
yaxın illərdə böyük ehtimalla belə kəskin enmələr gözlənilmir.Əlbəttə sünü
amilləri proqnozlaşdırmaq mümkün olmadığını bir daha xatırlatmaqla,....ABŞ-İran
münasibətlərindəki nisbi yumşalma, ekoloji baxımdan faydalılığına görə qazdan
istifadəyə üstünlük verilməyə başlanması və sair amillərin təsir ilə yalnız
2014-cü ildən sonra neftin qiymətində “oynamalarla” yanaşı, həm də müəyyən enmələr
də ola bilər....Ona görə də yəqin ki, 2015 və sonrakı illərdə bu məqamlarhökumətin rəsmi proqnozlarında da nəzərə alınacaq və
proqnozlarda neftin qiyməti 2014-cü ilin proqnoz göstəricisindən, yəni 100
dollardan xeyli aşağı götürüləcəkdir.































































































