“Danışmaqda çətinlik çəkirəm”

Hazırda oxunan: “Danışmaqda çətinlik çəkirəm”

38825
Tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun bu yaxınlarda ağciyərində  xərçəng xəstəliyi aşkar edildiyi üçün Türkiyəyə əməliyyata  yola salındı. Əməliyyatdan sonra Bakıya dönən diktorun sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. Danışmaqda xeyli çətinlik çəksə də, o, əməliyyatın uğurlu keçdiyini dedi: “Türkiyədə əməliyyat olundum. Əməliyyatdan sonra danışmaqda çətinlik çəkirəm. Ancaq  həkimlərin dediyinə görə, əməliyyat uğurla başa çatıb. Ancaq gələcəkdə sözsüz ki, müalicəni davam etdirəcəm. ”

“Müalicənin davamı üçün yenidən Türkiyəyə qayıdacaqsınızmı” sualına isə diktor bunu dəqiq bilmədiyini dedi: “Sırada kimyəvi terapiya müayinəsinə başlanılmalıdır. Müayinə üçün akademik Əhliman Əmiraslanovla görüşəcəyik. Ancaq dəqiq bilmirəm, bu terapiyaya Bakıdamı, yoxsa Türkiyədəmi başlayacam. Bu yaxınlarda həkimlərlə məsləhətləşib bir addımlar atacağıq. ”

Xatırladaq ki, R.Hüseynovun müalicə xərclərini Heydər Əliyev Fondu qarşılayır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin