Azərbaycan səfirliyindən Rza Zərrab açıqlaması

Hazırda oxunan: Azərbaycan səfirliyindən Rza Zərrab açıqlaması

38822
“Rza Zərrab heç vaxt Azərbaycan vətəndaşı olmayıb”. APA-nın xəbərinə görə, bunu “Hürriyet” qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov deyib.
 
E. Salmanov Türkiyə mediasında R. Zərrabın “Bakıda doğulan keçmiş azəri vətəndaşı” kimi təqdim olunmasından ciddi narahatlıq duyduqlarını bildirib: “Bu şəxs Bakıda doğulmayıb. Azərbaycanın dövlət orqanlarında bu barədə hər hansı sənəd yoxdur. O, nə keçmişdə, nə də indi Azərbaycan vətəndaşı olub. Gələcəkdə də ola bilməz”.   
 
Qeyd edək ki, Türkiyə mediasında iranlı R. Zərrabın 1984-cü ildə Bakıda doğulduğu haqda məlumatlar yayılıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin