İsa Qəmbərdən məhkəmə açıqlaması: “Məzhəkədir”

Hazırda oxunan: İsa Qəmbərdən məhkəmə açıqlaması: “Məzhəkədir”

38803
Müsavat başqanı İsa Qəmbər “İsmayıllı işi” ilə bağlı gedən məhkəmə prosesini dəyərləndirib. İ.Qəmbər musavat.com-a bildirib ki, bu, məhkəmə yox, məzhəkədir: “Vəkillər nə bacarırlarsa edirlər. Həmişəki kimi cəsarətli və peşəkar şəkildə müdafiə edirlər. Tofiq Yaqublu və İlqar Məmmədov isə formadadır. Onlar haqqı-ədaləti qoruyurlar. 
Bu hadisələrdə günahsızlar tutulub, əsl baiskarlar azadlıqda gəzir. Cəmiyyət bu ədalətsizliyə etiraz etməlidir. Günahkarların cəzalandırılmasına, xalqa qarşı həqarət, hörmətsizlik göstərənlərin qanun qarşısında cavab verməsinə nail olacağıq. Buna inanıram və həmin günün yaxınlaşması üçün müsavatçı, cəbhəçi, gənclərimizlə birlikdə mübarizəmizi davam etdiririk”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin