Ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlanacaq

Hazırda oxunan: Ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlanacaq

38723
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq. Moderator.az-ın APA-ya istinadla verdiyi məlumata görə, xidmət tərəfindən hazırlanacaq ixtisasların siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Nazirlər Kabineti tərəfindən siyahı təsdiq olunduqdan sonra SHÇDX-nin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən çağırış yaşı çatmış şəxslərdən Silahlı Qüvvələrin ehtiyac duyduğu zirehli texnika sürücüləri, snayper, mühəndis-istehkamçı, rabitəçi, paraşütçü-desant və s. hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.

Hazırda “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən sürücü və aşpaz kursları təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin