Türkiyənin “Sözcü” qəzeti baş nazir Rəjəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla həbs olunmuş azərbaycanlı iş adamı Rza Zərrabın birlikdə şəkillərini yayıb.
Moderator.az Türkiyə mətbuatına istinadən bildirir ki, internetdə yayılan 2 fotoşəkildə Əminə Ərdoğanla Rza Zərrab yanaşı şəkil çəkdirib. Şəkildə baş nazir Ərdoğanın xanımı ilə yanaşı daxili işlər naziri Müammer Gülərin və Avropa Birliyi ilə əlaqələr naziri Egemen Bağışın xanımları da yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.