Prezident yaşayış minimumunu artırdı

Hazırda oxunan: Prezident yaşayış minimumunu artırdı

38624
Prezident İlham Əliyev «2014-cü il üçün yaşayış minimumu haqqında» Qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manatdan 125 manata, əmək qabiliyyətli əhali üçün 136 manata (125 manatdan), pensiyaçılar üçün 103 manat (94 manatdan), uşaqlar üçün 103 manata (93 manatdan) qədər artırılıb.
Dövlət başçısı, həmçinin «2014-cü il üçün ehtiyac meyarının həddi haqqında» Qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.
Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir. Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı 105 manatdır. Hökuməti yoxsulluq səviyyəsini yaşayış minimumundan az gəlirə görə müəyyənləşdirir. Yaşayış minimumunun 125 manat qaldırılması «5 faizlik yoxsulluq» statistikasını yüksəldə bilər. Bundan əlavə, son həftədə sürətlə baş verən bahalaşma bir neçə faiz deyil, dəfələrlə ölçülür. Belə olan halda yaşayış minimumunun 116 manatdan 125 manat qaldırıılması bahalaşmanın  kompensasiya edə bilmir.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul «Bizim Yol»a bildirdi ki, faktiki olaraq yaşayış minimumundan 01 yanvar 2013-cü ildən, Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra 200 manatdan aşağı əmək haqqından gəlir vergisinin hesablanmasında istifadə olunur. Yaşayış minimumunun məbləğini formalaşdıran istehlak səbətinin tərkibi mövcud qanunvericiliyə görə, elmi idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir. Ancaq bizdə sonuncu dəfə 2009-ci ildə bu hesablama həyata keçirilib».
Ekspertə görə, yaşayış minimumu, ehtiyac meyarı, yoxsulluq həddi və minimum əmək haqqı göstəricilərinin əvəzinə vahid göstəricidən istifadə olunması daha məqsədəuyğun olardı: «Hazırda minimum əmək haqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Ehtiyac meyarından yalnız ünvanlı sosial yardımın verilməsində istifadə olunur.  Yoxsulluq həddi Dövlət Statistika Komitəsinin respublika üzrə təxminən 5 min ev təsərrüfatında gəlirlərlə bağlı keçirdiyi sorğu əsasında müəyyən olunur 
Yaxşı olardı ki, gələcəkdə yaşayış minimumu hər üç göstəricini əvəz etsin. Yalnız bundan sonra onun məbləğinin az və ya çox olması ilə bağlı fikir yürütmək olar.  Çünki hazırda onun məbləğinin nə qədər olmasının bir faydası və ya ziyanı yoxdur».
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin