Artıq bir neçə gündür ki, qardaş Türkiyənin gündəmini
ölkənin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı apardığı əməliyyatlar zəbt
edib. Əməliyyatlar zamanı ölkənin iri ranqlı
iş adamlarından tutmuş, nazirlərin övladlarına qədər olan şəxslər həbs olunub. Maraqlıdır, ölkəmizdə korrupsiyaya qarşı gedən
mübarizədə niyə bu günədək yalnız müəllim, tibb bacısı, dekan köməkçiləri korrupsiya cinayətlərində ittiham olunaraq həbs
olunur? Doğurdanmı bizim iri ranqlı məmurlar öz halal zəhmətləri ilə dolanır? Doğrudanmı onların övladları necə deyərlər, aydan arı, sudan durudurlar?
Moderator.az-a açıqlama verən tanınmış vəkil Aslan İsmayılov Türkiyədə baş verən hadisələrin Azərbaycanda baş vermə ehtimalının olmadığını bildirdi:
“Türkiyə hüquqi dövlətdir, bu ölkədə qanunun aliliyi hər
şeydən üstün tutulur. Azərbaycanda isə korrupsiya idarəetmə mexanizimi formasına
çevrilib. Ölkəmizdə korrupsiya yığışdırılsa, hakimiyyət həmin gün çökər.”
Xəyal Əzizov




























































































