ABŞ Azərbaycanı təbrik etdi

Hazırda oxunan: ABŞ Azərbaycanı təbrik etdi

38475
ABŞ-ın Azərbaycandakı səfirliyi “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanat yayıb. Moderator.az-ın  məlumatına görə, bəyanatda deyilir: “Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “Şahdəniz” konsorsiumunun özəl pay sahiblərini və “Cənub” qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının uğurla başa çatması münasibətilə təbrik edir”.

Bəyanatda qeyd olunur ki, bu sənəd və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq. Xəzər qazını beynəlxalq bazarlara çıxaracaq bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyaclarının ödənilməsinə töhfə verəcək.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyanatda deyir: “Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin