İbrahim Nehrəmli Ali Ağaoğlunun həbsindən danışdı - "Allah qapısını açsın"

Hazırda oxunan: İbrahim Nehrəmli Ali Ağaoğlunun həbsindən danışdı - "Allah qapısını açsın"

38441

Türkiyədə həbs olunan məşhur iş adamı Ali Ağaoğlunun həbsinə “Khazar İslands” layihəsinin rəhbəri, “Avesta” Konsernin prezidenti Hacı İbrahim Nehrəmlidən reaksiya gəlib. Bir müddət əvvəl Bakıda işgüzar səfərdə olan Ağaoğlunu yerli media Hacı İbrahimin şəriki kimi təqdim edir. Hətta türkiyəli iş adamının həbsindən sonra da bəzi xəbər başlıqlarında “Hacı İbrahimin türk şəriki tutuldu” başlığına rast gəlmək mümkündür. 

Bu barədə musavat.com-a eksklüziv açıqlama verən İbrahim Nehrəmli deyilənləri təkzib edib: “Ali Ağaoğlu ilə mənim heç bir layihədə şərikliyim yoxdur. O, Azərbaycana səfər edərkən görüşdük, “Khazar İslands” layihəsi çərçivəsində söhbət etdik, müzakirə apardıq. Amma onun bu layihəyə qoşulmasından söhbət gedə bilməz. “Xəzər Adaları” çox bahalı layihədi. Bu layihəyə kiminsə 15-20 milyonluq sərmayə qoyması sərf etmir. Ali Ağaoğlu layihəyə bu məbləğdə sərmayə qoyub sonra hər yerdə deyə bilərdi ki, “Khazar İslands”ı mən tikdirirəm. Çünki o, bir qədər göstəriliyə meylli biznesmendi”.

Hacı İbrahim Ali Oğlunun həbsinə hər hansı münasibət bildirmədi: “Münasibət bildirmək üçün gərək geniş məlumata malik olasan. Hələlik onu deyə bilərəm ki, Allah qapısını açsın. O, dəyərli iş adamıdı”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin