NATO-dan Ukraynaya görünməmiş dəstək

Hazırda oxunan: NATO-dan Ukraynaya görünməmiş dəstək

38438
“Ukrayna onun suverenliyi və ərazi bütövlüyünə qəsd ediləcəyi təqdirdə NATO-nun köməyinə ümid edə bilər”. musavat.com-un “Novıy region” nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə alyansın Ukraynadakı ofisinin rəhbəri Marçin Kojuel bildirib. 

“Biz ölkədəki situasiyanı diqqətlə izləyir, dinc nümayişçilərə qarşı aşırı gücün tətbiqini pisləyirik” ”“ deyib Kojuel. O, NATO-nun Ukraynanın ərazi bütövlüyü və suverenliyində maraqlı olduğunu söyləyib. Ofis rəhbəri Ukraynanın həmişə alyansa güvənə biləcəyinə bəyan edib. O, “NATO bundan sonra da Ukraynanı müdafiə edəcək” deməklə təbii ki, ilk növbədə Rusiyaya xəbərdarlıq edib.

Yada salaq Ali Radanın deputatı Yuri Sirotyuk bu günlərdə Krımdakı rusiyameylli qüvvələrin Moskvanın təhriki ilə adanın müstəqilliyi ilə bağlı referendum keçirmək istədiklərini bildirib. Analoji ssenarinin mövcudluğu barədə Kiyevdəki mitinqdə Krım-Tatar Məclisinin sədri Rüfət Çubarov da danışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin