TQDK-dan daha bir yenilik

Hazırda oxunan: TQDK-dan daha bir yenilik

38369
“Orta-ixtisas məktəblərinə qəbul omaq istəyən 9-cu sinif şagirdləri üçün yenilik etmişik”. Moderator.az-ın  məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu yeniliyə əsasən 9 illik bazadan orta-ixtisas məktəblərə keçərkən xüsusi imtahan vermək lazım olmayacaq:

“9 illikdə buraxılış imtahanı verən şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta-ixtisas məktəblərinə qəbul olunacaqlar. Təbii ki, bu proses müsabiqə yolu ilə həyata keçiriləcək. Bununla yananşı biz buraxılış imtahanının nəticələrini əsas olaraq götürəcəyik və qiymətləndirmə zamanı şagirdin məktəb vaxtı aldığı qiymətlər yox buraxılış imtahanında aldığı qiymətlər əsas sayılacaq”. 

Buraxılış imtahanlarında fənlərin sayının artırılması ilə bağlı sualı da cavablayan TQDK sədri fənlərin sayının artırılmasının nəzərdə tutulmadığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin