Ukraynanın paytaxtı Kiyevdə hakimiyyət tərəfdarlarının aksiyası müddətsiz olacaq. Musavat.com-un məlumatına görə, bunu hakim Regionlar Partiyasının deputatı Mixail Çeçetlov deyib. Onun sözlərinə görə, mitinqlər ölkədə vəziyyət sabitləşənə qədər davam eləcək.
Mixail Çeçetov deyib ki, Regionlar Partiyası dincliyin və ictimai asayüişin qorunmasının tərəfdarıdır.
































































































