Milli Şura dekabrın 15-də keçiriləcək mitinqin vaxtını dəyişib.
Moderator.az xəbər verir ki, bunu “Facebook” hesabında Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli yazıb.
Partiya lideri qeyd edib ki, Milli Şuranın qiymət artımına etiraz mitinqi “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda əvvəl elan olunduğu kimi 16-da deyil, 14-də başlayacaq: “Mitinq saatının dəyişdirilməsi paytaxtın icra hakimiyyətinin bizə yaratmaq istədiyi maneədir. Lakin bizim indi əlavə mübahisələrə vaxtımız yoxdur. Mitinqin yeni vaxtını hamıya çatdırmaq lazımdır.
Əsas odur ki, heç bir qarşıdurmaya bəhanə vermədən, qiymət artımına kütləvi etirazı təşkil edək. Nəhayət, hakimiyyət anlamalıdır ki, hətta “dözümlü xalq”ın da dözümünün həddi var”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.