Vidadi Mirkamal: “Arif Hacılı ad çəksin, o şəxsləri ifşa etsin”

Hazırda oxunan: Vidadi Mirkamal: “Arif Hacılı ad çəksin, o şəxsləri ifşa etsin”

38164

Mediaforum.az saytına müsahibə verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şura haqda bir sıra ittihamlar səsləndirib. O, Milli Şura daxilində hakimiyyətin gizli qərarlarını icra edən qüvvələrin olduğunu bildirib.

Moderator.az-a açıqlama verən ehtiyyatda olan ədliyyə generalı, Milli Şura üzvü Vidadi Mirkamal Arif Hacılıdan bu qüvvələrin adını çəkməsini istədi:

“Əgər Arif Hacılı belə bir qüvvələr olduğunu bilirsə, onda niyə ad çəkmir? Qoy o qüvvələrin kim olduğunu desin və bununla da demokratik düşərgəyə xeyir verərək o, şəxsləri ifşa etsin.”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin