Tahir Süleyman PKK hücumundan kürdlərin də qəzəbləndiyini deyir

Hazırda oxunan: Tahir Süleyman PKK hücumundan kürdlərin də qəzəbləndiyini deyir

37954

Uzun sürməyən atəşkəsdən sonra silahı yerə qoyacağına söz verən PKK vədinə xilaf çıxdı və Diyarbəkirdə bir neçə türk əsgər və zabitini qaçırdı.

Moderator.az Diyarbəkirdə 4 əsgərin qaçırılması ilə bağlı əlavə məlumat almaq üçün “Diplomat” qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleymanla əlaqə saxlayıb. Onun bildirdiyinə görə, araya nifaq salmaq istəyən qüvvələrin təxribatından ordakı kürd əhali də qəzəblidir və bunu törədənləri onlar da lənətləyir:

"Barış və Demokratiya sürəcini əngəlləməyə çalşan bəzi qüvvələr təxribat yaratmağa çalışırlar.

Şırnaxdakı hadisələr zamanı hərbiçilər tərəfindən öldürülən iki mülki vətəndaşa görə Türkiyənin bir çox əyalətlərində xalq küçələrə çıxaraq öz narazılıqlarını bildirmişdilər. Bu məsələ ilə bağlı  PKK silahlılar Diyarbəkirin Lice əyalətində,  mülki geyimdə olan hərbçilərin avtomobillərinin qabağını kəsərək Türkiyə ordusunun 4 hərbçisini əsir götürmüşdülər və maşınları yandıraraq dağlara çəkilmişlər. Mən özüm Diyarbəkirlə əlaqə saxlayaraq dəqiqləşdirmə apardım, bildirdilər ki, iki zabit, iki çavuş olub, hamısı da sağ-salamaq qaytarılıb. Yəni Barış və Demokratiya Partiyasının deputatlarının vasitəçiliyi ilə bu gün səhər əsir götürülmüş dörd əsgər sərbəst buraxılıb. Barış və Demokratiya Partiyasının deputatları xalqa müraciət edərək qeyd ediblər ki, biz sizinlə birlikdə imkan verməməliyik ki, barış cürəcinin qarşısını kimsə alsın və bilərəkdən təxribat törətsin!" 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin