Zəfər Quliyev: “Eldar Namazov “El”-ə daha çox vaxt ayırmaq istəyir”

Hazırda oxunan: Zəfər Quliyev: “Eldar Namazov “El”-ə daha çox vaxt ayırmaq istəyir”

37678

Xəbər verdiyimiz kimi dünən Milli Şura özünün növbəti sessiyasını keçirib. Tədbir zamanı “El”  hərəkatının həmtəəsisçisi Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazovun  vəzifəsində istefası məsələsinə baxılıb və şura üzvləri tərəfindən qəbul olunub.

Moderator.az-a açıqlama verən “El” hərəkatının  üzvü, politoloq Zəfər Quliyev Eldar Namazovun aparat rəhbəri vəzifəsindən istefa məsələsinə aydınlıq gətirib:

Hesab edirəm ki, Eldar Namazovun bu addımını ictimailəşdirməyə ehtiyac yoxdur. O, sadəcə olaraq vəzifəsindən istefa edib və Milli Şuranın üzvü kimi  bu qurumda öz fəaliyyətini davam etdirəcək. Eldar Namazov “El” hərəkatına daha çox vaxt ayırmaq istəyir.”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin