Putin İrəvanda “soyqırım” abidəsini ziyarət etdi

Hazırda oxunan: Putin İrəvanda “soyqırım” abidəsini ziyarət etdi

37601
Ermənistana səfərdə olan Rusiya prezidenti Vladimir Putin bu gün İrəvanda uydurma “soyqırım”a həsr olunmuş memorialı ziyarət edib, abidə önünə gül qoyub və “qurbanların” xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın dövlət başçısı xatirə rəmzi olaraq memorialın yerləşdiyi xiyabanda balaca küknar ağacı da əkib. 

Putinin Ermənistan səfəri bu gün Gümrü şəhərindən, Rusiyanın bu şəhərdəki 102 saylı hərbi bazasına baş çəkməklə başlayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin