Əli Orucov Ruslan Bəşirliyə cavab verdi

Hazırda oxunan: Əli Orucov Ruslan Bəşirliyə cavab verdi

37496
“Avropa.info” xəbər portalının rəhbəri, keçmiş siyasi məhbus Ruslan Bəşirli təzyiq və təhdidlərə məruz qalması ilə bağlı müsavat.com-a verdiyi  açıqlamadan sonra Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov ona cavab verib. Nəzərinizə çatdıraq ki, R.Bəşirlinin sözlərinə görə, "Akif Muradverdiyevin həbsində Etibar Məmmədov izi" başlıqlı yazının ictimailəşməsindən sonra tərəflər arasında gərginlik yaranıb. Ən son isə özünü Etibar Məmmədovun fanatı kimi təqdim edən şəxs, R.Bəşirliyə zəng vuraraq, onu ölümlə hədələməklə bahəm, təhqiramiz ifadələr də işlədib. 
AMİP səlahiyyətlisi Ə.Orucov baş verənlərə münasibətini bildirərək,  müsavat.com-a bunları dedi:

“Açığı, mən hesab edirəm ki, bizim aramızda ixtilaf -  filan yoxdur. Türkiyə türkləri demiş Ruslan Bəşirli bu mövzunu çox abardır. Bu qədər şişirtmə nəyə gərək?! Jurnalist olaraq öz təxəyyülünün məhsulunu yazmışdı, o yazı da böhtan xarakterli idi. Biz də sivil qaydada mətbuat vasitəsilə cavabını vermişdik. Biz özümüz də azad sözün inkişafında maraqlı olan kəslərdənik. O, isə azadlıqdan çirkli məqsədlər üçün istifadə etmək istəyir. İkincisi də R.Bəşirliyə baş qoşmğa dəyməz. Mənim isə o zəng barədə heç xəbərim yoxdur. O, istəyir ki, saytını bizim vasitəmizlə reklam etdirsin. Amma AMİP ona bu imkanı verməz. O zəngdəki məncə özü təşkil edib ki, gündəmə gəlsin”.

Bizimlə paralel Ə.Orucov da həmin nömrələrə zəng vurduğunu söylədi. Amma hər iki nömrənin yerləşdirildiyi telefon söndürülmüşdü.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin