Ana Vətən Partiyası Mətbuat Xidmətinin
Moderator.az saytına verdiyi məlumata görə 30 noyabr 2013-cü il tarixində Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilmişdir. Ali Məclisin iclasını giriş sözü ilə açan partiyanın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı partiyanın 2013-cü ildə qazandığı uğurlardan, Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğunun möhkəmləndirilməsində partiyanın xidmətlərindən, 9 oktyabr prezident seçkilərində partiyanın iştirakından bəhs etdi. F.Ağamalı prezident seçkilərində fəal iştiraklarına görə partiya üzvlərinə öz təşəkkürünü bildirdi. Daha sonra AVP Mərkəzi Aparatı rəhbərinin məruzəsi dinlənildi. Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı öz məruzəsində 2013-cü ilin müvafiq dövründə görülmüş işlər barədə ətraflı məlumat verdi. Məruzə özündə həm təbligati-təşviqati, həm ideoloji, həm də təşkilati məsələri əhatə etdi. Eyni zamanda E.Ağamalı qarşıda duran işlər barədə Ali Məclisin üzvlərinə məlumat verdi. Gündəlikdə duran təşkilati məsələlərə baxılaraq AVP Gənclər Təşkilatının sədri Tural Məmmədov Ali Məclisə yeni üzv qəbul olundu. Daha sonra partiya sədri Fəzail Ağamalının təqdimatı ilə Elçin Ağamalı təşkilati məsələlər üzrə, Zülfiyyə Mustafayeva beynəlxalq məsələlər üzrə sədr müavinləri seçildilər. İclasın sonunda 7 nəfərdən ibarət Mərkəzi Şura seçildi.
![AVP Ali Məclisi keçirildi <i style=]()
-FOTO" src="//old.moderator.az/fotobaza/original/756.jpg">
![AVP Ali Məclisi keçirildi <i style=]()
-FOTO" src="//old.moderator.az/fotobaza/original/757.jpg">
![AVP Ali Məclisi keçirildi <i style=]()
-FOTO" src="//old.moderator.az/fotobaza/original/758.jpg">
![AVP Ali Məclisi keçirildi <i style=]()
-FOTO" src="//old.moderator.az/fotobaza/original/759.jpg">
![AVP Ali Məclisi keçirildi <i style=]()
-FOTO" src="//old.moderator.az/fotobaza/original/760.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.