Sumqayıt “BT”-sində təftiş

Hazırda oxunan: Sumqayıt “BT”-sində təftiş

37451

Dünəndən etibarən Sumqayıt “BT”-sində ciddi təftişlərə start verilib. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, baş idarə əməkdaşları tərəfindən aparılan təftiş prosesinin iki həftə davam edəcəyi gözlənilir: “Təftiş prosesi ümumrespublika səviyyəsində aparılan silsilə yoxlamaların davamı kimi həyata keçirilir. İlin sonuna kimi respublikanın bütün iri şəhər və rayonlarında “BT”-lərin fəaliyyətini yoxlamağa qərar verən Dövlət Əmlak Komitəsi iki həftə ərzində Sumqayıtdakı işlərin vəziyyəti ilə tanış olacaq. Təftiş prosesi çərçivəsində komissiya üzvlərinin ərazilərlə tanış olacağı, yerlərdəki vəziyyəti də öyrənəcəyi gözlənilir”.

Məlumat üçün qeyd edək ki, bundan öncə respublikanın müxtəlif şəhərlərində aparılan təftiş prosesi nəticəsində onlarla “BT” əməkdaşı ciddi şəkildə cəzalandırılmış, bir çoxları isə işdən azad edilmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin