"Bakıda Cümhuriyyət qurucuları üçün məzarlıq olmalıdır"

Hazırda oxunan: "Bakıda Cümhuriyyət qurucuları üçün məzarlıq olmalıdır"

37362
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə mediaya açıqlamasında babasının məzarının Bakıya gətirilməsini arzuladığını bildirib.  

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Rəis Rəsulzadənin bu istəyinə münasibət bildirib.

M.Qurbanlı virtualaz.org-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının quruculuğunda rolu olan Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir.

YAP-çı deputat qeyd edib ki, təkcə Rəzulzadənin deyil, respublikamızın quruculuğunda rolu olmuş Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyskinin də məzarları Azərbaycana gətirilməlidir və onlar üçün Bakıda xatirə kompleksi qurulmalıdır.

M.Qurbanlı sonda onu da vurğulayıb ki, təbii, bu onun şəxsi fikirləridir və son sözü Azərbaycan dövləti deyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin