ATƏT-in Bakı ofisi yanvarın 1-dən yeni statusa keçir

Hazırda oxunan: ATƏT-in Bakı ofisi yanvarın 1-dən yeni statusa keçir

37311
2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı ofisi layihə əlaqələndiricisi statusunda fəaliyyət göstərəcək. musavat.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, ATƏT-in Baş Ofisi artıq bununla bağlı qərar qəbul edib. 

Bu mövzuda danışan ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib ki, Bakı ofisində əməkdaşların sayının azaldıb-azaldılmayacağı məsələsi hələ tam həllini tapmayıb. “Ofisin əməkdaşlarının sayının azaldılıb-azaldılmayacağı danışıqların mövzusudur. Bununla bağlı hələ yekdil fikir yoxdur” - o qeyd edib. 

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) 9 oktyabr prezident seçkiləri ilə bağlı yekun hesabatı yaxınlarda dərc olunacaq. K.Tarqay ATƏT/DTİHB-nin  prezident seçkiləri ilə bağlı ilkin hesabatından sonra Azərbaycan rəsmilərinin tənqidinə ATƏT-in münasibəti ilə bağlı “Amerikanın səsi”nin sualının cavabında deyib ki, ATƏT qərar verən qurum deyil.

“Hesabatda  məqsəd ATƏT üzvü kimi Azərbaycanda demokratiya, insan hüquqları meydanını daha da genişləndirməkdir”, - deyə o bildirib. K.Tarqay son iki sual onun mandatına daxil olmadığı üçün onlara geniş cavab verməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin