“Ehtiyatda və İstefada olan Zabitlər” Birliyinin sədri, . polkovnik-leytenant, Yaşar Cəfərli siyasi sığınacaq almaq üçün Avropa ölkələrinin birindədir. Avropa.info-nun əldə etdiyi məlumata görə, elə bu səbəbdən də, hərbi ekspert artıq bir neçə aydır ki, Avropada sənədlərinin qaydaya salınmasıyla məşğuldur.
Əldə etdiyimiz məlumata görə, Yaşar Cəfərlinin siyasi mühacir statusu alması məsələsi böyük ölçüdə demək olar ki, həll olunub. Ona bu işdə bir müddət öncə mühacirətə gedən,əsgər ölümlərini araşdıran hüquq müdafiəçisi Ələkbər Məmmədovun köməklik etdiyi bildirilir.
Qeyd edək ki, Yaşar Cəfərli eks-Müdafiə Naziri Səfər Əbiyevin sərt tənqidçisi kimi tanınır. Onun son dəfə yaydığı bəyanatda Səfər Əbiyevin ünvanına sərt ittihamlar irəli sürülmüşdü.
































































































