"Azərbaycan saatı" "Hafka"nın saatlarının pulu ilə yenidən efirdə

Hazırda oxunan: "Azərbaycan saatı" "Hafka"nın saatlarının pulu ilə yenidən efirdə

37295

Bir neçə gün öncə, "Hafka" ləqəbli  məşhur iş adamı  Hafiz  Məmmədovun  Fransadan olan iki jurnalistə  dəyəri 16 min dollar olan iki qol saatı  hədiyyə etməsi və jurnalistlərin bu hədiyyəni qəbul etməyərək  "Sərhədsiz Repartiyorlar" təşkilatına təhvil verdikləri  haqda məlumat yayılmışdı.

Avropa.info "Hafka"nın bağışladığı  16 min dollarlıq saatların təyinatı ilə bağlı sensasion məlumat əldə edib. Aldığımız məlumata görə, Sərhədsiz Repartiyorlar" təşkilatı saatların xərraca çıxarılaraq, pulunun   Azərbaycan mətbuatına xərclənməsi haqda qərar qəbul edib. Belə ki, satılan saatlardan gələn gəlirin  xaricdən yayımlanan "Azərbaycan saatı"  proqramının yenidən  efirə  getməsi üçün  xərclənəcəyi bildirilir. Bu məqsədlə "Azərbaycan saatı"nın müəllifi ,tanınmış jurnalist Qənimət Zahidlə danışıqlar aparıldığı bildirilir. Sərhədsiz reportyorlar bununla "Azərbaycan saatı" proqramının qismən maliyyələşməsinə yardım etmək niyyətindədir. Əldə etdiyimiz məlumata görə, yönəldilən maliyyə "Azərbaycan saatı" üçün kifayət etməzsə, başqa bir layihənin də ortaya qoyulması mümkündür. 
Qeyd edək ki, bir neçə gün öncə, mətbuatda yayılan məlumatda  Hafiz Məmmədovun ondan müsahibə alan fransalı jurnalistlərə 16 min dollar dəyərində 2 qol saatı bağışladığı, jurnalistlərin imtinasını qəbul etmədiyi və hədiyyələri bir növ zorən verdiyi qeyd olunur. Bildirilir ki, qol saatlarını məcburən qəbul edən jurnalistlər onları sonradan beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan “Sərhədsiz reportyorlar”a təhvil veriblər. “Sərhədsiz reportyorlar” da bu saatları sataraq, pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin