Rəsul Quliyevdən daha bir şok açıqlama...

Hazırda oxunan: Rəsul Quliyevdən daha bir şok açıqlama...

37225

Eks-spiker Rəsul Quliyevin Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olmasına narazılığının ən pik əlaməti bu günlərdə yaşandı. R. Quliyev bir neçə günlük Amerikada səfədə olan Cəmil Həsənliylə görüşməyi lazım bilmədi. Onun bu addımı Azərbaycanda birmənalı qarşılanmadı və xeyli qınayanlar oldu. Moderator.az eks-spikerə belə bir sualda bulundu ki, onunla ulduzunuz niyə barışmadı, axı 9 oktyabr seçkiləri göstərdi ki, Cəmil Həsənli müxalifətin ən layiqli namizədidir və əgər xalq müxalifətə dəstək vermiş olsaydı, Cəmil Həsənli bu dəsətəyi qələbəyə apamağa qadir idi. Sualımıza Rəsul Quliyev çox geniş bir cavab verib və onu oxuculara təqdim edirik:

 “Mənim yazdıqlarımın heç birini ya oxumamısınız, ya da çox səthi oxumusunuz. Mən Cəmil müəllimin namizədliyinin verilməsinin düzgün olmadığını, bu addımın nəticəsi olaraq seçkilərin legitim status aldığını dəfələrlə yazmışam. O alternativ namizəd Cəmil müəllim yox, hər kim olsaydı da o yazıların hamısı eyni məzmunla yazılacaqdı, sadəcə olaraq Cəmil müəllimin əvəzinə məsələn, Rəsul yazılacaqdı. 9 oktyabr seçkiləri siz dediyinizi, yəni Cəmil Həsənlinin digər müxalifət liderlərindən daha inamlı təsir bağışladığını göstərmədi. Birincisi, mitinqlərə gələn o 4-5 min insan  əsasən AXCP və ikinci yerdə Müsavat üzvləri, qalanlarsa o biri qurumların təmsilçiləri idi. Hər halda Cəmil müəllimin arxasınca gələnlər deyildi. İkincisi, Cəmil müəllimə verilən səslər tək ona yox, ən azı AXCP və Musavat Partiyalarına verilən səslər idi. Sualınızda o cümləni başa düşmək mümkün deyil ki,  xalq lazımi dəstək versəydi,Cəmil Həsənli bu dəstəyi qələbəyə aparmağa qadir idi. Xalq dəstək versə elə sizdə qələbəyə apara bilərsiniz. Onuda başa düşmək olmur ki, kim Cəmil müəllimi günahlandırır?Hər halda mən heç vaxt Cəmil müəllimi günahlandırmamışam. Hər dəfə yazıram ki, günah 21 avqustda alternativ namizəd verməkdə olub, bu işidə iki partiya görüb. O ki,qaldı Cəmil müəllimlə görüşməyə. Bəli, o maraqlı şəxsdir,onunla oturub söhbət etməkdən hər kəs məmnun ola bilər. Ancaq birincisi, mən onu müxalifət lideri hesab etmirəm və görüşməmək onu xalqdan ayrı salacaqsa, demək o heç xalqla olmayıb. Mən bu gün Azərbaycanda gedən prosesləri başa düşmürəm. Tək mən yox, mən bilən heç kim başa düşmür. Bir 9 Oktyabr prezident seçkisi fəlakətli uduzulub. Hamımız deyirik saxtalaşdırılıb, yəni heç kim udmayıb. Saxtalaşdırılıbsa heç kim udduğunu iddia edə bilməz. İndi vəzifə çox asandır, hökümətdə oturan və seçkiləri saxtalşdırana bunu başa salmaq lazımdır. Kim bu işi görməyə mane olur ,mən? İkincisi, bu işi görmək şansın yoxdur, seçilməmiş prezidenti qəbul etmisən,hətta mətbuatın dostu adlandırmısan. Cızığından kənara çıxanlar olsa zindana atılacaq. Sizin fikrinizcə müxalifət nə etməlidir,”seçkilər saxtalaşdırılıb”Cəmil müəllim bizim liderdir” deməklə iş düzəlir ? 1993 -2013 20 ildir eyni adamlar eyni ssenari ilə udurlar, eyni adamlar eyni ssenari ilə uduzurlar. Udan tərəf bu ssenarini dəyişdirməlidir, xeyr. Əgər uduzan tərəfdə heç nə dəyişdirmirsə, deməli, onunda məqsədi uduzmaqdır,yəni əslində bu uduzmaq onun üçün qələbədir. Əgər bu belə deyilsə, niyə heç vaxt yəni nə 1993,nə 1995 və .... nə də 2013-cü illərdəki məğlubiyyətlərin səbəbləri müzakirə olunmur və mübarizə planı qurulmur? Partiyalarda belə bir vəziyyətin davam etməsində maraqlı olan bir çox liderlər və onların yan yörəsində fırlanan intellektsiz, tərbiyə görməmiş adamlar mövcuddur. Onlara belə bir Azərbaycan lazımdır. Təsəvvür edin, sivil- demokratik Azərbaycanda bu adamları kim informasiya vasitələrinə buraxar?  Kim normal bir iş verər? Onlar demokratik cəmiyyətdən,xalqın seçəcəyi adam və onun komandasından qorxularını gizlədə bilmirlər. Onlar üçün hökümətin onları adam yerinə qoymaması daha önəmlidir, nəinki demokratik cəmiyyətdə adam olduqlarını sübut etmək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin