Qurban Məmmədovun vəsatətləri təmin olunmadı

Hazırda oxunan: Qurban Məmmədovun vəsatətləri təmin olunmadı

36655
Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

İlk olaraq ötən prosesdə dindirilməsi yarımçıq qalmış şahid Xanlar Bayramov Q.Məmmədovun suallarını cavablandırdı. Qeyd edək ki, şahid Maliyyə Nazirliyində sürusu işləyir və ittiham aktına görə, Q.Məmmədov onun idarə etdiyi avtomobili arxadan vurub. 

Q.Məmmədovun ümumilikdə şahidə 70-ə yaxın sualı oldu. Bütün nahar fasiləsi zamanı da sual-cavab davam etdi. Şahidin ibtidai istintaqa verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələr arasında ziddiyətlərin olması, habelə onun hadisənin baş verməsinin sxemini düzgün təsəvvur edə bilməmsi Q.Məmmədovu özündən çıxardı. Belə ki, şahidə verilən suallar əsasən onun avtomobili ilə Q.Məmmədovun avtomobili arasındakı məsafənin müəyyənləşdirilməsi, şahidin maşınının ön və ya arxa qanadının əzilməsi ilə bağlı oldu. Şahid sərbəst ifadsində Q.Məmmədovun avtomobilini arxaya verərək onun maşınını arxa tərəfdən vurdugunu dedi. Amma Q.Məmmədov şahidlə arasında olan və cinayət işinə əlavə edilmiş telefon danışığının stenoqramının oxunmasını hakimdən xahiş etdi. Telefon danışığında isə şahidlə Q.Məmmədov arasında avtomobilinin arxa deyil, ön tərəfinin əzilməsi barədə söhbət gedir. 
Digər mübahisəli vəziyyət isə X.Bayramovun idarə etdiyi avtomobildə olan şəxslə bağlı oldu. Şahid avtomobilində atası Zaman Bayramovun olduğunu iddia etsə də Q.Məmmədov şahidin yalan dediyini qeyd etdi: “Bunlar mənim həmyerlilərimdir. Mən bunun atası Zaman əmini yaxşı tanıyiram. Ağsaqqal kişidir, 70-dən də çox yaşı var. Amma avtomobildə oturan adamın 45-50 yaşı ancaq olardı. Yəni maşında bunun atası deyil, müdiri idi. İndi müdirini işdən çıxarıb, atasını zorla bu işə soxublar. Əminəm ki, Zaman əmi məhkəməyə gəlsə, yalan dediyi üçün Xanların üzünə tüpürəcək”.
Daha sonra Q.Məmmədovun şahiddən hadisə baş verən gün harada olduğunu soruşdu. Amma o bu suala cavab verməkdən imtina etdi. Həm də şahidə ünvanlanan bir çox suala dövlət ittihamçısı cinayət işinə istinad etməklə cavab verirdi. Bu səbəbdən Q.Məmmədov hakimdən bir neçə dəfə dövlət ittihamçısına xəbərdarlıq etməyi də xahiş etdi. 
Şahidin ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, hadisə baş verən gün atasını xəstəxanaya aparmalı imiş. Habelə saat 13.00-da müdirinin ailəsi üçün ərzaq alaraq evinə aparıb, sonra isə atasını xəstəxanaya deyil, Mehdiabad qəsəbəsinə anasının evinə aparıb. Q.Məmməddov isə bu ifadənin yalan olduğunu dedi. O, dövlət maşını ilə sürücünün atasını xəstəxanaya aparması ilə bağlı məlumat verməsinin yalan olduğunu, habelə atasının Mehdiabadda deyil, Binəqədi qəsəbəsində yaşadığını və həmin gün ümumiyyətlə şahidin atası ilə görüşmədiyini dedi.
Gərgin davam edən sual cavabdan sonra, prosesdə növbəti şahid - Abdullayev Seymur Siyasət oğlu ifadə verdi. Verilən suallara cavabda o, bildirdi ki, hadisədə adı zərəçəkən kimi keçən Pərviz Abbasovu Q.Məmmədovun maşınının arxasında oturmuş vəziyyətdə görüb. Amma hadisənin necə baş verdiyini görməyib.
Habelə şahid hadisə yerində Zakir adlı taksi sürücüsü və işdə şahid kimi məhkəmədə ifadə vermiş, keçmiş polis sahə müvəkili İsa Mansurovu da görmədiyini dedi. Q.Məmmədovun sualına cavabda şahid özü hadisə ilə bağlı polisə getmədiyini, bir ay sonra sahə müvəkkilinin onun şahid kimi işə cəlb edərək ifadə aldığını dedi. Daha sonra o latın qrafikalı Azərbaycan əlifbasını oxuya bilmədiyi üçün ona ifadənin elan edildiyini və ifadədə əslində nə yazıldığını bilmədiyini dedi.
Daha sonra Q.Məmmədov bir neçə vəsatətlə də çıxış etdi. O məhkəmə istintaqının protokollarının ona təqdim edilməsi, məhkəmə istintaqının ekspertizasının təyin olunması, zərərçəkən P.Abbasovun xəstəxanaya müraciət etməsi barədə polisə məlumat verən xəstəxana əməkdaşının məhkəməyə şahid kimi dəvət edilməsi, habelə haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb etdi. 
Hakim isə yalnız məhkəmə istintaqının ekspertizasının təyin edilməsinə dair vəsadəti təmin edərək, prosesi bu gün saat 14.30-a təxirə saldı.
Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin