Azərbaycanlı Rektor Aygün Attar Prezidentlərin görüşünə dəvət olundu

Hazırda oxunan: Azərbaycanlı Rektor Aygün Attar Prezidentlərin görüşünə dəvət olundu

36565

Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verəcəyi ziyafətə, Azərbaycanda doğulan Giresun Universitetinin Rektoru Prof. Dr. Aygün Attarı da dəvət edərək bir ilki reallaşdırdı.

9oktyabr prezident seçkilərində yenidən  Azərbaycan Respublikasının Prezidenti seçilən İlham  Əliyev ilk xarici səfərini Qardaş ölkə-Türkiyəyə olacağı bildirilib.

Moderator.az-ın məlumatına görə,12-13 noyabr tarixləri arasında Türkiyə prezidenti Abdullah Gülün rəsmi dəvəti ilə Türkiyəyə səfər edən  Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə, sabah axşam Çankaya Köşkündə ziyafət veriləcək. Türkiyə PrezidentiAbdulla  Gül ziyafətə, Azərbaycan türkü olan  Giresun Universitetinin rektoru Prof. Dr. Aygün Attarı da dəvət etdi.

 Dəvətdən duyduğu məmnuniyyəti dilə gətirən Rektor Attar, "Belə mühüm bir dəvətə razılıq etmək, həyəcan, xoşbəxtlik və qürur vericidir" dedi. Azərbaycanda doğulmuş, böyümüş bir Türkiyə Respublikası  vətəndaşı və bir universitetin rektoru olaraq; iki dövlət Prezidenti ilə eyni mühitdə olmaqdan qürur duyacağını dilə gətirən Giresun Universitetinin rektoru  Prof. Dr. Aygün Attar, "Bu tarixi bir andır. İki dövlət bir millət idealının hörmətli dövlət başçılarımız və mənimlə birlikdə təmsili və təstiqidir.

 Qafar Ağayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin