Milli Məclisdə büdcə toplantısı - Neft gəliri azalıb

Hazırda oxunan: Milli Məclisdə büdcə toplantısı - Neft gəliri azalıb

36338
Milli Məclisin 6 komitəsi bu gün 2014-cü ilin dövlət büdcəsini və Dövlət Sosial Müdafiə Fondunun büdcə layihələrini müzakirə edirlər. 

Moderator.az  xəbər verir ki, Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, büdcənin müzakirəsi mühüm əhəmiyyət kəsb edir: “Bizdə çox oturumuş büdcə sistemi formalaşıb. Büdcə bu gün qlobal dünyada baş verən hadisələrin gedişi nəzərə alınmaqla tərtib olunub. Büdcəni fərqləndirən xüsusiyyətlərdən biri onun tək cari ilin üçün deyil, növbəti il üçün proqnozların verilməsindədir. 2020-ci ilə qədər qarşıya qoyan hədəflərə necə yaxınlaşmağımız burada əks olunub. Büdcə sosial və investisiya yönümlüyünü saxlayır. Bu da Davamli sosial iqtisadin təmin olunması və sürətləndirilımıəsi ilə izah oluna bilər. Makroiqtisadi sistemin təhlili çox yaxşı verilib. ÜDM 10 ildə 3, 4 dəfə artıb. Qeyri neft sektorunun inkişafı 3, 4 faiz artıb. Azərbaycan iqtisadiyyatı Cənub i Qafqaz iqtisadiyyatının 85 fazini təşkil edir. Yoxsullugun səviyyəsi çox aşağı düşüb. Büdcə gəlirlərinin həcmi 20 milyarddan yuxarı nəzərdə tutulub.

"Əvvəlllər dövlət büdcəsi dövlət neft fondunun gəlirləri hesabına formalaşması aktual idisə, növbəti illərdə isə bu 2 milyarda yaxın azalıb. Valyuta ehtiyatımız 50 milyard dollara yaxındır. DNF ilin sonuna kimi 2 milyard daxil olması gözlənilir. Neft sektorundan daxilolmalar 12,1 milyard nəzərdə tutulub. Bunun 4 milyarddan çoxu vergi daxilolmalarıdır”.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının neftdən asılığı azalıb. Büdcə xərcləri 34,4 faiz olub. Cari xərclərin 1 milyarddan çox olması gözlənilir. Dövlət büdcəsinin kəsiri bir qədər yüksəkdir. Son 3 il ərzində elə səviyyədədir onu kəsr də adlandırmaq olmaz. Bu nun 2014- cü ildə 1 milyarda 679 milyon həcmində olması planlaşdırılır. Büdcə kəsiri ÜDM ”“də xüsusi çəkisi 6-7 faiz həcmində olacaq. İnflyasiyanın səviyyəsi 3,8 faiz olması planlaşdırılır".

Bu ilki büdcənin investisiya xərcləri yüksək səviyyədədir. Təhsil, səhiyyə, elm, mədəniyyət və sahələrə ayrılan xərclər artıb Təhsilin 12 faiz , səhiyyəyin 14 faiz , elmin 15 faiz , mədəniyyət xərclərinin də bu civarda artması planlaşdırılır. Təhsilə ayrılan vəsaitin 1 milyard 653 milyon artıralacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin