"Nida"çı gənclərin məhkəməsi başlandı

Hazırda oxunan: "Nida"çı gənclərin məhkəməsi başlandı

36302
Bu gün saat 15.00-da Ağır Cinayətlər üzrə Məhkəmədə "Nida" təşkilatının fəallarının məhkəməsi başlayıb. Əməkdaşımızın verdiyi xəbərə görə, məhkəməyə yalnız müttəhimlərin valideynlərini və vəkillərini buraxıblar. Adı çəkilən təşkilatın azadlıqda olan üzvlərinin öz dostlarının məhkəmisində iştirak etmək hüquqları məhdudlaşdırılıb.

Milli Şuranın lider Cəmil Həsənli də prosesdə iştriak etmək üçün məhkəmə binasına gəlib.
Cəmil Həsənli deyib ki, bu gənclər öz sərbəst toplaşmaq haqqında öz konstitusion hüquqlarından istifadə edərək küçəyə çıxıblar: "Onlara qarşı irəli sürülən ittihamlar mənasızdır. Mən ədalətli məhkəmə gözləmirəm. Bu iş tamamilə siyasi motivli bir işdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin