Son günlər VHP sədri Sabir Rüstəmxanlı və qardaşları ətrafında yaşananları mətbuat deputata qarşı hakimiyyətin qəzəbi kimi xarakterizə edir. İddia olunur ki, onun seçkilərdə Milli Şuraya dəstək göstərməsini həzm edə bilməyən hakimiyyət bunun cvabını veməyə başlayıb. Deputatın qardaşı Şahbaz Xuduğlunun rəhbəri olduğu “Qanun” nəşriyyatına vergi əməkdaşları gələrək bütün əmlaklarını müsadirə ediblər. Bu azmış kimi VHP sədrinin Ağcabədi rayon Dövlət Yol Polisi Bölməsinin rəisi işləyən Dilavər adlı qardaşı da cəzalandırılıb.
VHP sədrinin digər qardaşı, keçmiş polis rəisi, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Əlövsət ƏLiyevsə Moderator.az-a açıqlamasında qardaşının cəzalandırılmasını siyasiləşdirməyin tərəfdarı olmadığını bildirib: “ Əvvəla, bəzi yerdə yazırlar ki, mənim polis rəisi işləyən qardaşım var. Bildirim ki, mənim polis rəisi işləyən qardaşım yoxdur. Yol Polisinde işləyən qardaşım var. Onun işlədiyi polis bölməsində yoxlama aparılıb və başqa əməkdaşlar kimi onu da cəzalandırıblar. Bu cəza onun işindəki noqsanlarla baglidir”





































































































