Sabaha olan hava məlumatı

Hazırda oxunan: Sabaha olan hava məlumatı

36047
Bakı və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam isə tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 9-12, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında nyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin