Pedaqoji Universitetin rektoru tələbələrin tələbini yerinə yetirdi

Hazırda oxunan: Pedaqoji Universitetin rektoru tələbələrin tələbini yerinə yetirdi

35678
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rektoru tələbələrin xeyrinə qərar çıxarıb. 
Moderator.az xəbər verir ki, ADPU-nun rektoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün tələbələrlə keçirilən görüşdən sonra yekun qərar qəbul olunub. Rektorun sözlərinə görə, qərara əsasən, tələbələr əvvəl olduğu kimi, semestr imtahanını test üsulu ilə imtahan verəcəklər. Artıq tələbələrin bu tələbi yerinə yetirildiyi üçün bu günə planlaşdırılan aksiyanın keçirilməsinə də ehtiyac qalmayıb.
Qeyd edək ki, ADPU təhsil ocağında imtahanların test üsuli ilə yanaşı yazılı şəkildə də keçirilməsi müzakirə edilib. Bu tələbələrin ciddi narazılığına səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin