Vəkil bildirib ki, həbsdə olduğu müddətdə ailə üzvləri ilə telefonda belə danışmağa imkan verilməyən jurnalist psixoloji sarsıntı keçirir: «Onun müraciətlərini Milli Təhlükəsizlik Nazirliyindən kənara çıxmağa qoymurlar. Bundan əvvəl də nazir Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya müraciətlər etmişdi. Amma heç bir reaksiya yoxdur. Pərviz nazirin və Ombudsmanın onun saxlanma şəraitinə, hüquqlarının pozulmasına reaksiya verəcəyini gözləyir. Yalnız əsirlikdə olan insanı bu şəkildə təcrid edirlər, bu münasibət dəyişməlidir».
Xatırladaq ki, Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimova da prezidentə, milli təhlükəsizlik nazirinə, Elmira Süleymanovaya mətbuat vasitəsi ilə müraciətlər edib. O, xahiş edir ki, heç olmasa 5 yaşlı övladına atası ilə telefonda danışmağa şərait yaratsınlar: «Zeynəb evimizdə keçrilən əməliyyat zamanı psixoloji sarsıntı keçrib, hazırda mülaciə olunur. Həkimlər bildiirlər ki, mülicənin effekt verməsi üçün uşaq atasını görməli, səsini eşitməlidir. Mən çox xahiş ediəm ki, aidiyyatı qurmlar və Ombudsman körpənin durumunu nəzərə alıb addım atsınlar».


































































































