Azərbaycan prezidentinin andiçmə mərasimi keçirilir

Hazırda oxunan: Azərbaycan prezidentinin andiçmə mərasimi keçirilir

35424
Bu gün 9 oktyabr Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilir.

Milli Məclisdən apa-ya verilən məlumata görə, mərasim parlamentin iclas zalında təşkil olunub.

 

Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri, deputatlar və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də iştirak edirlər.

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu gün keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84,54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin