Moskvada Orxan Zeynalova qarşı sərgilənən misligörünməmiş vəhşilik artıq dünyaya səs salıb. Ancaq Rusiya paytaxtından gələn başqa xəbərlər təkcə azərbaycanılara qarşı deyil, bütövlükdə bütün kateqoriyadan olan əcnəbilərə qarşı diskriminiasiya siyasəti yürüdüldüyünü, cəmiyyətin, xüsusən də gənclərin rasizmə kökləndiyini deməyə əsas verir. Orxan Zeynalovla bağlı yaşanan olayların ardından Rusiya paytaxtında bir hollandiyalı diplomatın da təhqirlərə məruz qaldığını artıq rəsmi Moskva etiraf edib.
Belə ki, Rusiyanın Daxili İşlər Naziriliyi tərəfindən
yayılan açıqlamada, Hollandiya səfirliyi işçisinin hücuma məruz qaldığı barədə polisə
şikayət etdiyi bildirilib. Moderator.az xəbər verir ki, hollandiyalı diplomatın
verdiyi bilgiyə görə, evinə elektrik qəzasını yoxlamaq adıyla girən iki şəxs
onu döyüb. Gözlənilməyən “qonaqların” diplomatın evinin divarlarına ürək şəkli çəkdiyi
ve homoseksual bir təşkilatın simvolu olan “LGBT” yazdıqları aydınlaşdırılıb.
Hadisə ilə bağlı Hollandiya Xarici İşlər Nazirliyi Rusya səfirini görüşə
çağırıb.






























































































