Orxan Zeynalov: "Mən özümü müdafiə etmişəm" -VİDEO

Hazırda oxunan: Orxan Zeynalov: "Mən özümü müdafiə etmişəm" -VİDEO

35303

"Mən özümü müdafiə etmişəm"

Moskvalı İqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov öz hərəkətini özünümüdafiə ilə izah edib. Musavat.com-un ng.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə oktyabrın 16-da “Rossiya 24” telekanalının yaydığı süjetdə Orxan Zeynalovun özü deyir. “Mən öldürmək istəmirdim. Biz 3 nəfər idik. Onlar ikisi məni meyit eləmək fikrində idilər”, - deyə azərbaycanlı müttəhim bildirib.

Qeyd edilir ki, Zeynalovun keçmiş həmkəndlisi, Şimali Biryülevdəki Pokrovski meyvə-tərəvəz bazasının işçisi   Əli Məmmədov jurnalistlərlə söhbətində Şerbakovu konflikti qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, Zeynalov əvvəllər Şerbakovla tanışlığı olmuş qızı evinə ötürürmüş və binanın alaqapısında təsadüfən onunla rastlaşıb. Nəticədə mübahisə yaranıb və o öldürülüb.

Rəsmi versiya isə bunun əksini deyir: qızı Zeynalov deyil, Şerbakov ötürürmüş və məhz Zeynalov onlara ilişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin