Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər

Hazırda oxunan: Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər

35255

İlham Əliyevin dünən imzaladığı əfv fərmanı ilə 8 illik məhbəs həyatından sonra bu gün azadlığa buraxılan Fərhad və Rafiq Əliyev qardaşları anaları Şövkət xanımla görüşüblər.

Görüş Fərhad Əliyevin qardaşı Əlipənah Əliyevin İçərişəhərdəki evində baş tutub. 8 ildən bəri gözləri yol çəkən Şövkət xanım oğullarını böyük sevinclə qarşılayıb, göz yaşlarını saxlaya bilməyib.

Əməkdaşımız xəbər verir ki, sabiq nazir və onun keçmiş şirkət prezidenti olan qardaşı həbsxanadan çıxdıqdan sonra öz evlərinə dönmədən, birbaşa analarının yaşadığı mənzilə gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin