“Seçkinin nəticələri Azərbaycan hakimiyyətinin ağır vəziyyətə düşməsi ilə nəticələnəcək”. Bu sözləri Moderator.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. G.Aslanlının bildirdiyinə görə, baş verənlər ilk növbədə hakimiyyətin özü üçün yaxşı heç nə vəd etmir: “Biz dəfələrlə bəyan eləmişdik ki, Azərbaycanda azad, demokratik seçki keçirmək bu xalqın istəyidir. Xalq demokratik seçki keçirməyə hazırdır. Hakimiyyət isə buna hazır olmadığını göstərib və keçirilən seçki də bunu sübut etdi. Bunun sonucu hakimiyyət üçün ürəkaçan olmayacaq. Artıq indidən əminliklə demək olar ki, hakimiyyəti çətin günlər gözləyir”.
Seymur Əliyev





































































































