Yaxın bir neçə gündə Qurban bayramı münasibəti ilə əfv fərmarının veriləcək. Bu barədə Avropa.info-ya Əfv Komissiyasının üzvlərindən biri məlumat verib. Komissiya üzvünün dediyinə görə, artıq proses yekunlaşmaq üzrədir. "Sabah oktyabrın 11-də Əfv Komissiyasının sonuncu iclası keçiriləcək və iclasda əfvvə düşəcək insanların yekun siyahısı müəyyənləşdirilərək ölkə başçısına təqdim ediləcək."
Komissiya üzvü onu da bildirdi ki, bu əfvin müəyyən mənada digərlərindən fərqlənəcəyi gözlənilir." Amma bu ölkə başçısının səlahiyyətində olduğundan məlumat vermək istəməzdim."





























































































