Hicri: 03 Zülhəccə 1434
İlin 282-cı günü
İlin sonuna 83 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.36
Günəş - 07.45
Zöhr - 13.32
Əsr - 17.08
Məğrib ”“ 19.25
İşa ”“ 20.42
1547 - ispan yazıçı Migel de Servantes Saavedra dünyaya gəlib. (ö. 1616).
1789 - Fransada işgəncələr qadağan edilib.
1807 - Prussiyada kəndlilərin mülkədarlardan asılılığı ləğv edilib.
1835 - fransız bəstəkar Kamil Sen-Sans anadan olub.
1872 - Aaron Montgemeri Uard poçtla sifariş kataloqu tərtib edib. O bir səhifədən ibarət idi.
1874 - Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.
1879 - alman fiziki Maks fon Laue anadan olub.
1876 - Qraham Bel ilk telefonu sınaqdan çıxarmışdır.
1926 - rusiyalı aktyor Yevgeni Yevstiqneyev anadan olub.
1940 - ingilis müğənni Con Lennon anadan olub.
1941 - Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
1946 - Türkiyənin sabiq Baş Naziri, siyasətçi Tansu Çillər anadan olub.
1962 - Uqanda müstəqillik qazanmışdır.
1967 ”” əslən Argentinadan olan Kuba inqilabçısı Ernesto Çe Gevara güllələnib. (d. 1928).
1970 - Qırmızı kxmerlər Kambocada hakimiyyəti ələ keçirmişlər.
1988 ”” alman mühəndis, rotor mühərrikinin yaradıcılarından biri Feliks Vankel vəfat edib.
1989 - SSRİ-də işçilər tətil hüququ əldə ediblər.
1991 - Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib. Ermənistanda nizami ordu hələ 1991-ci ilin əvvəlində yaradılsa da, Azərbaycan rəhbərliyi ordu quruculuğuna başlamağa tələsmirdi və uzun çək-çevirdən sonra yalnız bu qanunun qəbulu mümkün olmuşdu. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla tarixi ədalət bərpa edildi və Silahlı Qüvvələr günü kimi Xalq Cümhuriyyəti ordusunun yaranma tarixi (26 iyun 1918) qeyd olunmağa başlandı.
1992 - Bakının Azadlıq meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilmişdir.
1997 - Strasburqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü zamanı GUAM beynəlxalq təşkilatının yaradılması qərara alınmışdır.
2004 - Həmid Kərzai Əfqanıstan prezidenti seçilmişdir.
2006 - Şimali Koreya nüvə sınağı həyata keçirmişdir.
2006 - Google şirkəti YouTube”“i almaq üçün 1,65 milyard ABŞ dolları ödədiyini bəyan etmişdir.
2010 ”” Azərbaycan əsilli sumerşünas Zaxariya Sitçin vəfat edib.































































































