“Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimlinin işi ilə bağlı qalmaqal yaşanmaqdadır. Həbsdə olan jurnalistin vəkili Elçin Sadıqov və digər vəkili Anar Qasımlı bir-birinə zidd açıqlamalar verirlər. Anar Qasımlı mətbuata açıqlamasında bildirib ki, P.Həşimlinin ondan imtina ərizəsi yazmasının səbəbkarı Elçin Sadıqovdur. Avropa.info-nun suallarını cavablandıran Elçin Sadıqov isə özünə qarşı yönəlmiş ittihamların əsassız olduğunu deyib: “Pərviz Həşimli Anara Qasımlıdan imtina barədə ərizəni özü yazıb. Burada mənim heç bir rolum olmayıb. Amma Anar Qasımlı elə hesab edir ki, bunu mən etmişəm”.
Qeyd edək ki, Elçin Sadıqov mətbuatda Anar Qasımlının barəsində danışarsa onun nüfuzuna xələl gələcəyini deyib. Bununla bağlı sualımıza cavab olaraq, Elçin Sadıqov açıqlama vermək istəmədiyini söyləyib: “Hər halda vəkil yoldaşıq. Bu barədə danışmaq istəmirəm”.
Moderator.az

































































































