Elmar Vəliyev qəzaya düşməyibmiş

Hazırda oxunan: Elmar Vəliyev qəzaya düşməyibmiş

34584

Dünən mətbuatda Gəncə Şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyevin avtomobilinin qəzaya uğradığı barədə məlumat getmişdi. İddia olunurdu ki, başçının 20 AA 001 nömrəli “BMW” markalı avtomobili xəndəyə düşərək yararsız vəziyyətə düşsə də nə Elmar Vəliyev, nə də sürücüsü xəsarət almayıb.

Moderator.az yayılan xəbəri dəqiqləşdirmək üçün Gəncə Şəhər İcra hakimiyyəti ilə əlaqə saxlayıb. Adıçəkilən qurumun mətbuat xidmətindən yayılan xəbərin həqiqətə uyğun olmadığını və təxribat xarakterli dezinformasiya olduğunu bildiriblər. İcra rəsmisinin sözlərinə görə prezidentin ölkənin ikinci paytaxtına gözlənilən səfərinə ciddi hazırlaşan şəhər rəhbərliyi gücləndirilmiş iş rejimində işlədiyindən başçı son günlər demək olar ki, öz xidməti avtomobilindən deyil, digər nəqliyyat vasitələrindən istifadə edir, açılış gerçəkləşəcək ünvanlara baş çəkir, görülən işlərlə yerindəcə tanış olmaq üçün gərgin qrafiklə işləyir: “Görünür bir neçə gün cənab başçının xidməti maşından istifadə etməməsi bu cür şayiə həvəskarlarına fürsət verib. Ancaq dünən şəhər camaatı gördü ki, başçının xidməti avtomobili tam saz vəziyyətdədir və elə Elmar müəllimin özü də həmin avtomobildə dünən çoxsaylı əraziyə baxış keçirib.”

İcra rsəmisi deyir ki, Elmar Vəliyevin son vaxtlar şəhərdə misligörünməmiş abadlıq-quruculuq işləri həyata keçirməsi və prezidentin Gəncəyə səfərinə çox ciddi hazırlaşması görünür bu cür təxribat xarakterli yazıların yazılmasına rəvac verib: “Ancaq həm şəhər əhalisi, həm qonaqlar Gəncənin bu günkü inkişafından heyrətlərini gizlədə bilmirlər. Biz bu cür təxribatçı cəhdləri şiddətlə qınayırıq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin