Jurnalistlərdən Pərviz Həşimliyə daha bir dəstək

Hazırda oxunan: Jurnalistlərdən Pərviz Həşimliyə daha bir dəstək

34340

 Azərbaycan mediasının bir qrup jurnalisti Pərviz Həşimlinin həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

Biz jurnalistlər həbs olunan həmkarımız və hüquq müdafiəçisi Pərviz Həşimlinin həbsini onun hakimiyyət nümayəndələrini daim tənqid edən yazıları ilə bağlayırıq. Sentyabrın 17-də onun evində axtarış aparılarkən bir neçə jurnalist həmkarımız da olay yerində olub. Həmin vaxt MTN-nin işçiləri Pərviz Həşimlinin xanımına, 5 yaşlı uşağına, qohumlarına və ora gələn hüquq müdafiəçisi, jurnalistlərə qarşı kobud davranıb, onları hədələyib. MTN-nin işçiləri P. Həşimlinin xanımı İlahə Həşimovanı həyətdəki tikiliyə aparıb oradakı qumbaraları çıxarmağı tələb edib. Qadın bildirib ki, o qapını açıq qoyub gedib, kim bağlayıbsa, qapını açsın. MTN işçisi ona deyib ki, “qapını açıq qoysaydıq deyəcəkdiniz ki, qapı açıq olub kimsə bu qumbaraları ora yerləşdirib”. Bu ifadələr də MTN -in Pərviz Həşimlini şərləyərək həbs etdiyini göstərir.

 Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də Səbael Rayon Məhkəməsi P.Həşimli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Biz jurnalistlər bu həbsi seçki öncəsi söz azadlığına təzyiq kimi qiymətləndiririk. P.Həşimlinin məhkəməyə başına qara torba keçirməklə gətirilməsini insan hüquqlarına qara ləkə hesab edirik. 

 Pərviz Həşimlinin vəkili Elçin Sadıqov artıq ikinci dəfədir ki, müdafiə etdiyi şəxslə görüşə bilmir. O, hər dəfə MTN-nin İstintaq Təcridxanasında Pərviz Həşimli ilə görüşmək istəyir, amma müstəntiqin jurnalistlə görüşdüyünü deyərək vəkilə görüş vermirlər. P. Həşimli vəkilinin iştirakı olmadan dindirilir ki, bu da qanun pozuntusudur. Biz hesab edirik ki, jurnalist MTN -də işgəncələrə məruz qalır. Bu səbəbə görə də vəkilin onunla görüşməsinə imkan verilmir. P. Həşimli məhkəməsində də bildirmişdi ki, saxlanılan zaman MTN-də 3 saat müddətində ona işgəncə veriləcəyi ilə bağlı hədələnib. O , Ombudsman Aparatının sədri Elmira Süleymanovanın və İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun onunla görüşməsini xahiş edib. 

 Biz jurnalistlər Azərbaycan hakimiyyətindən seçki öncəsi jurnalistlərə qarşı təzyiqləri dayandırmağı və Pərviz Həşimlini dərhal azad etməyi tələb edirik. Beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırırıq.  

 İmzalar: 

 1. Şahvələd Çobanoğlu -  "Azadlıq" qəzeti 

2. Xədicə İsmayılova - araşdırmacı jurnalist 

3. Rəşid Hacılı - Media Hüququ İnstitutunun direktoru 

4. Elçin Rüstəmli - "Bizim Yol" qəzeti

5. Aynur Elgünəş - var.az saytı 

6. Samirə Əhmədbəyli - “civilforum” saytının redaktoru

7. Aynur İmranova - jurnalist, Ümid Partiyasının sədr müavini

8. Sevinc Vaqifqızı - "Azadlıq" qəzeti 

9. Vidadi Məmmədov - "Azadlıq" qəzeti 

10. Nicat Məlikov- "Zerkalo" qəzeti 

11. Əfqan Muxtarlı - azadliqnews.tv

12. Seymur Həziyev - "Azadlıq" qəzetinin əməkdaşı 

13. Azər Rəşidoğlu - "Yeni Müsavat" qəzetinin əməkdaşı 

14. Təhminə Tağızadə - "Meydan TV"

15. Aynurə Heydərova - "Meydan TV" 

16. Seymur Kazımov - müstəqil jurnalist 

17. Natiq Cavadlı - "Bizim Yol" qəzeti 

18. İlqar Vəliyev- axar.az saytı

19. Günel Səfərova - müstəqil jurnalist 

20. Aytən Fərhadova - "Bizim Yol" qəzeti 

21. Məhəmməd Türkmən - "Kanal 13" 

22. Cavid Qurbanov - "Bizim Yol" qəzeti 

23. Araz Bayramov - "Yeni Müsavat" qəzeti 

24. Leyla Mustafayeva - "Yeni Müsavat" qəzeti 

25. Cəmil Məmmədli - müstəqil jurnalist 

26. Əhməd Muxtar- foto jurnalist 

27. Röya Rəfiyeva - "Yeni Müsavat" qəzeti 

28. Anar Gəraylı - Aznews.az saytı

29. Samirə Həsənli - müstəqil jurnalist

30. Vüsalə Rüstəmova - "Bizim Yol" qəzeti 

31. Zamin Hacı - "Yeni Müsavat" qəzeti

32. Ali Rza - "Azadlıq" qəzeti 

33. Ramin Deko - "Azadlıq" qəzeti

34. Aytən Məmmədova - "Azadlıq" qəzeti

35. Rahim Hacıyev - "Azadlıq" qəzeti

36. Sücəddin Şərifov - "Azadlıq" qəzeti

37. Elşən Şirinov - "Azadlıq" qəzeti

38. Gültəkin Hüseynova - "Azadlıq" qəzeti

39. Xəyal Şahinoğlu - "Azadlıq" qəzeti

40  Fərahim İlqaroğlu - "Yeni Müsavat" qəzeti

41. Bəkir Nərimanoğlu - Mediaforum saytı

42. Müşfiq Hüseynov - "Bizim Yol" qəzeti

43. İslam Şıxəli - müstəqil jurnalist

44. Afiq Mirzəbəyli - "Reytinq" qəzeti

45. Zaur Əhməd - Müstəqil İnformasiya Agentliyi

46. Fazil Əhməd - "Reytinq" qəzeti

47. İlham Hüseyn - "Azadlıq" qəzeti

48. Rövşən Hacıyev - "Azadlıq" qəzeti

49. Natiq Ədilov - "Azadlıq" qəzeti

50. Aynur Qarayeva - müstəqil jurnalist  

51. Samir Kazımlı - gozetci.az saytı 

52. Rəşad Vaqifoğlu - “Bizim Yol” qəzeti

53. İdrak Abbasov - müstəqil jurnalist

 54.Sahib İslamlı-müstəqil jurnalist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin