Pərviz Həşimlinin öz vəkili Elçin Sadıqovla görüşməsinə imkan verilməməsi ona işgəncə verilməsi ehtimallarını artırdığından jurnalistin yaxınları, ailə üzvləri və həmkarları məsələnin ciddiliyini qabartmaqda davam edir, onun sağlamlıq durumu barədə hər hansı dəqiq məlumat əldə etmək üçün cəhdlər göstərilir. Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimovanın Moderator.az-a verdiyi son məlumata görə artıq İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudova israrlı xahişdən sonra onu həyat yoldaşı ilə elə bu gün görüşə getməyə razı sala bilib. Elçin Behbudov söz verib ki, bu gün hökmən Pərvizlə görüşməyə cəhd edəcək.
Xatırladaq
ki, E. Behbudov ötən gün Moderator.az-ın müraciətinə cavabında bildirmişdi ki,
Pərviz Həşimli ilə bağlı hər gün MTN təcridxanasının rəhbərliyi ilə əlaqə
saxlasa da yalnız bir neçə gündən sonra onunla görüşməyə gedəcək. Görünür,
vəziyyətin ciddiliyi komitə rəhbərini də hərəkətə keçməyə vadar edib.


































































































