Gömrükdə 50 kq qızıl rəzaləti

Hazırda oxunan: Gömrükdə 50 kq qızıl rəzaləti

33853

Azərbaycandan Türkiyəyə yola düşən tələbələri aparan avtobusda külli miqdarda qızıl tapılıb. Qardaş ölkədə təhsil alan tələbələrdən birinin Moderator.az-a verdiyi məlumata görə onlar təxminən 3 avtobusla Azərbaycan- Gürcüstan səhəddini çox asanlıqla keçsələr də Gürcüstan- Türkiyə sərhəddində maraqlı anlar yaşayıblar. Belə ki, sərhəddə çatar-çatmaz qardaş ölkənin xüsusi xidmət orqanlarının “alarm” vəziyyətində onları gözlədiyi bəlli olub. Bütün avtobuslarda ciddi yoxlama aparılıb və nə az-nə çox, düz 50 kiloqram qızıl tapılaraq müsadirə olunub. Bildirilir ki, səs-küyün qalxmaması və sərnişinlərin tezliklə yoluna davam etməsi üçün də tədbirlər görülüb və saxlanılanların kimliyi bilinməsə bir neçə nəfərin polis maşınına aparılmasından sonra tələbələr öz yollarına davam ediblər.

Təbii ki, Dövlət Gömrük Komitəsi yetkililəri ənənələrinə sadiqlik göstərərək daş atıb başlarını tutacaqlar ki, belə bir insident yaşanmayıb və sərhədlərimizdən quş da dimdiyində su keçirə bilməz. Əslində biz də bu qənaətdəyik, ancaq həmin quşun dimdiyindəki sudan gömrük görəvliləinin xəbərləri olmamasına inanmaqda çətinlik çəkirik. Gürcüstan gömrükçülərinə də əhsən. Deyəsən, İvanişvilinin gəlişindən sonra onlar da azəri həmkarlarından nümunə götürməyə başlayıblar...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin