Sabah 30 dərəcəyədək isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın
rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və
səhər bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda
gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.



































































































