Həbsdə olan NİDA-çının babası özünü doğradı

Hazırda oxunan: Həbsdə olan NİDA-çının babası özünü doğradı

33800

Dünən N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov intihara cəhd edib.

Moderator.az-ın məlumatına görə, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəyib. Ramana qəsəbəsində yaşayan Ə.Axundov dərhal Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 

Ə.Axundov hazırda Sabunçu xəstəxanasındadır. Vəziyyəti stabildir. 

Məlumat üçün qeyd edək ki, 1939-cu il təvəllüdlü Ə.Axundov 45 il müəllim işləyib. 20 il Beyləqan rayonunda məktəb direktoru olub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin