Gültəkin Hacıbəyli : “Aynur Mehdiyeva hansı əsasla azadlığa buraxıldı?”

Hazırda oxunan: Gültəkin Hacıbəyli : “Aynur Mehdiyeva hansı əsasla azadlığa buraxıldı?”

33276


Moderator.az  Milli Şuranın üzvü, eks millət vəkili Gültəkin Hacıbəylinin mətbuata müsahibəsindən bir hissəni təqdim edir. Xatırladaq ki, biz də barəsində indi oxuyacağınız cinayət işinin aqibəti və günahkara hansı cəza veriləcəyi ilə ciddi maraqlanırıq və mütəmadi olaraq bu mövzunu gündəmdə saxlamağa çalışırıq. Özü də diqqətimiz təkcə Gültəkin xanıma olan hörmətimizlə məhdudlaşmır. Bilirik ki, ölkədə .bu tip açılmamış cinayətlər və ya məsuliyyət yaradan bu kimi qanunsuz hallar yetərincədir, xeyli sayda ucuz işçi qüvvəsi gətirilib əməyi istismar edilir. Odur ki, dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etsək də hər dəfə “istintaq davam edir, əlavə məlumatlar veriləcək” cavabından başqa heç nə öyrənə bilmirik. Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev və onun hüquqşünasları də bu məsələni diqqətdə saxlayır, vaxtaşırı nazirliyin sığınacağına yerləşdirilmiş həmin filippinli qadınla görüşürlər, onun müdafiəsini təmənnasız olaraq öz üzərlərinə götürüblər.
..."Ata"nın bacısı Aynur Lətif qızı Mehdiyeva bu ilin iyun ayının 13-də Daxili İşlər Nazirliyinin  İnsan Alveri üzrə İdarəsi və Miqrasiya İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılıb. Bu barədə DİN-in rəsmi məlumatı var. Onun evində uzun müddət Filippin vətəndaşı olan bir qadın qul kimi işlədilirdi. Bu cinayətdən, əslində, bütün ailə üzvləri xəbərdar olub. Belə bir ailəyə hökumətin dəstək çıxması, faktiki olaraq Aynur Mehdiyevanı cinayətdən yayındırmaq məqsədilə mənə qarşı addımlara təhrik etməsi çox düşündürücdür. Amma bu cinayətə görə bu ailənin heç bir üzvünün məsuliyyətə cəlb olunmaması ortada çox böyük bir razılaşmanın olduğunu üzə çıxardır. Necə ola bilər ki, bir ildən artıq bir müddətdə bir qadına işgəncə verilsin, onun sənədləri əlindən alınaraq ev dustağı edilsin, fiziki və mənəvi zorakılığa məruz qalsın, ancaq digər ailə üzvlərinin bundan xəbəri olmasın? Əgər o qadına qarşı edilən zorakılıq faktları qonşulara belə bəllidirsə, bu faktlardan ailə üzvlərinin məlumatsız olması mümkündürmü? Bəs digər ailə üzvləri niyə məsuliyyətə cəlb olunmur? Niyə Aynur Mehdiyevanın cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verilmir və onunla bağlı informasiya dövlət sirri olaraq qorunur?  Nigar Yaqublunun, Qurban Məmmədovun  barəsində  tərəddüd etmədən həbs qəti-imkan tədbiri seçən hakimiyyəti onlardan qat-qat ağır cinayətdə ittiham olunan Aynur Mehdiyevanı  hansı əsasla azadlığa buraxdı?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin