Zahid Oruc imza kampaniyasından yazdı -KÖŞƏ

Hazırda oxunan: Zahid Oruc imza kampaniyasından yazdı -KÖŞƏ

33165

 

İnsan yaranandan tarixdə izini qoymağa çalışır. Bu mənada hamı bu dünyada arxitektordur. Yazıçının qurduğu onun romanlarıdır, mühəndisinki evlər, binalar və körpülərdir, rəssamınkı tablolar. Siyasətçi isə dövləti tikənə və millət qurucusuna deyilir.Onun verdiyi fərmanlar, qərarlar və göstərişlər təkcə hüquqi bir akt olmayıb həm də xalqın taleyini müəyyən edən “əsərlərdir”.

Lakin bütün milli işlər insanlardan ruh və dəstək alaraq görüləndə həyatiləşir, gerçək məzmun kəsb edir və tarixi mahiyyət daşımağa başlayır. Bu mənada 18 avqustdan başlayaraq üz tutduğumuz evlərdən, ən ucqar əyalətlərdən və ocaqlardan aldığımız ruhla, xeyir dua ilə mühüm bir mərhələni arxada qoyduq. 44000 min seçici imzası bir ölkə adına gerçəkləri görməyə, insanları dinləməyə və səsini eşitməyə yetəcək qədər xalq gücüdür.

Bizə yardım edən hər kəsə ən xoş arzularımızı yetirirk. Yüzlərlə könüllünün, şəxsimizə və işimizə dəyər verən dostların, mübarizəmizə uğurlar diləyən Azərbaycan insanının qarşısında baş əyməkdən böyük ucalıq ola bilməz.Bizə verilən imzalar gələcəyə qoyulan əmanətdir. Bu etibarı doğrultmaq hansı vəzifəni daşımaqla və siyasi statusla müəyyənləşməz. Tarix sübut edib ki, millətə xidmət daşıdığın ideologiya və aid olduğun düşərgə ilə ölçülmür. Yetər ki, içində belə idealları yaşadasan, vətəninin fədaisi olasan və mənsub olduğun xalqa sevgini əsirgəməyəsən. Bu yolda bizlərə dayaq olan insanlar göstərdilər ki, yenilik, həmişə silahla qarşılanıb, gül-çiçəklə yola salınıb.

Zatən atılacaq daşları da göz altına almışıq. Düzdür,peyğəmbərlər o daşlaradan “evlər tikər”,onları ağrıdan yaraları və onu törədənləri sevərdliər. Biz də belə edəcəyik. Bir addım önə atmağın yaşantıları budur zatən. Lakin imanı və inamı möhkəm olanlar üçün gedilən hədəf unudulmaz.

Dünyanı dəyişməyə çalışanlara sizcə nə lazımdır? Hərə bir yaxşılıq əksəydi, onun meyvələri kainatın mənzərəsini tamam fərqli edərdi. Elə isə, birinci devizimiz:evində qaranlıqla döyüşməkdənsə, bir çıraq yandırmaq yetərlidir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin